Ümummilli liderə həsr olunmuş konfrans

post-img

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı elmi-praktiki konfrans keçirilib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xid­mətinin rəisi general-polkovnik Əli Na­ğıyev və xidmətin rəhbər əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Fəzail İbrahimli, Milli Məclisin komitə sədrləri Ziyafət Əs­gərov, Sadiq Qurbanov və deputatlar, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəs­sisələrinin rəhbərləri və professor-müəl­lim heyətləri iştirak ediblər.

General-polkovnik Əli Nağıyev Heydər Əliyevin mənalı ömrünə nəzər salaraq ulu öndərin Vətəni və xalqının rifahı yolunda misilsiz xidmətlərindən, bütün həyatı boyu milli maraqların tə­min olunması naminə atdığı qətiyyətli addımlardan geniş söhbət açıb. Dahi şəxsiyyətin təhlükəsizlik orqanlarındakı fəaliyyəti ilə əlaqədar fikirlərini bölüşən general-polkovnik Əli Nağıyev Heydər Əliyevin bu qurumda şərəfli xidmət nü­munələri yaratdığını, təhlükəsizlik təş­kilatının milliləşdirilməsinin məhz onun adı ilə sıx bağlı olduğunu qeyd edib. 

Sonra konfrans digər məruzəçilərin çıxışları ilə davam edib. Natiqlər belə tədbirlərin keçirilməsinin Heydər Əliye­vin peşəkarlıq irsinin yaşadılması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını xüsusi qeyd edərək görkəm­li dövlət xadiminin həyat yolundan bəhs ediblər.

Son xəbərlər