Baş Prokurorluqda yubiley toplantısı

post-img

Dünən Baş Prokurorluqda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan Prokurorluğunun tarixində Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Baş prokuror Kamran Əliyev bildi­rilib ki, müstəqil Azərbaycan Respub­likasının mühüm dövlət qurumların­dan biri olan prokurorluq orqanlarının beynəlxalq tələblərə və standartlara uyğun formalaşaraq əhəmiyyətli sta­tusunun müəyyən edilməsi və son nəticədə dövlətçiliyin maraqlarına xidmət edən bir təsisat kimi idarəçi­lik sistemində öz layiqli yerini tutması Heydər Əliyevin müdrik siyasəti, onun mütəmadi qayğı və dəstəyi nəticəsin­də mümkün olub.

Müstəqil Azərbaycan dövlətinin ba­nisi Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə oktyabrın 1-nin respublikamızda prokurorluq orqanla­rı əməkdaşlarının peşə bayramı günü elan olunub. Sənəddə prokurorluq orqanlarının fəaliyyətinə yüksək qiy­mət verilib, prokurorluğun kollektivinin xalqımıza ləyaqətlə xidmət göstərdiyi qeyd edilib.

Tədbirdə Milli Məclis sədrinin bi­rinci müavini Əli Hüseynli, Milli Məc­lisin deputatları Nizami Səfərov, Mə­lahət İbrahimqızı və digər şəxslər çıxış edərək dahi lider Heydər Əliye­vin qətiyyətli mübarizəsi nəticəsində Azərbaycanın müstəqilliyinin əldə olunmasından sonra ölkədə aparılan hərtərəfli iqtisadi, sosial, hüquqi döv­lət quruculuğu və digər sahələrdəki is­lahatlardan, müstəqilliyimizin qorunub saxlanılmasında ulu öndərin əvəzsiz rolundan bəhs ediblər.

 

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər