Şamaxıda tibbi aksiya

post-img

Ümummilli lider Heydər Əliyevin və oftalmoloq-alimZərifə Əliyevanın 100 illik yubileyləri ilə bağlı Milli Oftalmologiya Mərkəzi (MOM) və TƏBIB-in tabeliyində olan Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə tibbi aksiya və konfrans keçirilib.

Tədbirdə Milli Oftalmologiya Mərkə­zinin elmi-məlumat, təşkilati- metodik bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva “Azərbay­canın ictimai-siyasi həyatında iz bu­raxmış, görkəmli alim Zərifə Əliyeva­nın həyat yolu barəsində”, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Emin Hüseyn “Zərifə Əliyeva və onun tibbǝ - oftal­mologiya sahəsinə, gətirdiyi yeniliklər göz xəstəliklərində uğurlu müalicənin tətbiqi sayəsində respublikada traxo­ma xəstəliyinin aradan qaldırılması və uğurlu tədqiqatları”, Şamaxı RMX-nın ilkin səhiyyə xidmətinin şöbə müdiri Leyla Bəkirova “Zərifə xanım Əliye­vanın fəaliyyətindən, Azərbaycanda oftalmologiya elminin inkişafına verdi­yi töhfələr” mövzularında məruzələrlə çıxış ediblər.

Tibbi aksiyada şəhid ailələri, müha­ribə veteranları, aztəminatlı ailələrdən olan şəxslər iştirak ediblər. Müasir ava­danlıqlar vasitəsilə pasientlərin komp­leks şəkildə göz müayinəsi aparılıb, görmə itiliyi, göz təzyiqi, göz dibi xəstə­likləri yoxlanılıb və müvafiq müalicələr təyin olunub.

Aksiya çərçivəsində 68 nəfər müa­yinə olunub. Onlarda refraksiya pato­logiyası aşkar olunub. Müayinələr əsa­sında retinopatiya, presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olunub. 

Müayinələr Akademik Zərifə Əliye­va adına Milli Oftalmologiya Mərkəzi­nin həkimləri, Günay Rüstəmbəyova, Aynur Nəbiyeva tərəfindən həyata ke­çirilib. 

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat