O, gənclərdə idmana sevgi aşılayırdı

post-img

Ağcabədidə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “ Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı konfrans keçirilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Heydər Əliyevin həyat yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirdə Ağcabədi regional “ASAN xid­mət” mərkəzinin direktor müavini Şamxal Həsənov, Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin əmək­daşı Fəridə Ağayeva, Ağcabəd Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səbu­hi Mövsümov və başqaları çıxış edərək, Heydər Əliyevin dövlət və xalq qarşısın­da xidmətlərindən bəhs ediblər.

Çıxış edənlər bildiriblər ki, ulu öndər Heydər Əliyev tərəfindən respublikada gənclər siyasətinin uğurla həyata keçi­rilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılması təmin edilib. O dövrdə gənclər siyasətində idmanın roluna, onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilib. Çıxışlarda həm­çinin deyilib ki, Heydər Əliyevin gənclər siyasəti bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə mütəşəkkil formada davam etdirilir.

Sonra tədbir maraqlı konsert proqra­mı ilə davam edib. 

“Heydər Əliyev dühası işığında”

Ağcabədi rayonunda Heydər Əliyev Mərkəzi tərəfindən “Heydər Əliyev dü­hası işığında” adlı tədbir keçirilib. Tədbir iştirakçıları Y.Məmmədov adına Mədə­niyyət Mərkəzinin əsas fondunda sax­lanılan eksponatlarla, Heydər Əliyevin Ağcabədiyə səfərləri zamanı çəkilmiş fotolardan ibarət sərgi ilə yaxından tanış olublar. Tədbiri giriş sözü ilə Ağcabədi TV-nin Aran aparıcısı Pərvin Şakirqızı açdı. O, 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi, rayonda keçirilən tədbirlə­rin əhəmiyyətindən danışdı. Daha sonra Ağcabədi Regional Mədəniyyət İdarəsi­nin rəisi Qalib Həsənov, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru və­zifəsini icra edən Rövşanə Əliyeva dahi liderin çoxşaxəli fəaliyyətindən danışaraq qeyd etdilər ki, Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir. 

Çıxışlarda “Ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmət­ləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir”, “Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində gördüyü işlər respublikamızın siyasi nü­fuzunun, iqtisadi qüdrətinin artmasına, Azərbaycanın tarixi nailliyətlər qazan­masına xidmət edib” kimi fikirlər üstünlük təşkil edirdi. 

Tədbir bədii hissə ilə yekunlaşıb.

 

P.ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri



Sosial həyat