Əməlləri ilə xalqın qəlbində əbədiləşən lider

post-img

Xalqımızın böyük oğlu, dahi rəhbər, dünya şöhrətli siyasətçi Heydər Əliyevin yubileyi ilə bağlı paytaxtda və bölgələrdə, ölkənin müəssisə və təşkilatlarında tədbirlər davam etdirilir. 

Xarici diplomatların Naxçıvan ziyarəti 

Ölkəmizdə akkreditə olunmuş, iqamətgahı Bakıda və Ankarada yer­ləşən diplomatik korpusun nümayən­dələri, eləcə də hərbi attaşelər müa­sir müstəqil Azərbaycanın qurucusu, ümummilli lder Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibə­tilə keçirilən silsilə tədbirlər çərçivəsin­də Naxçıvan şəhərində səfərdədirlər. Ümumilikdə 80-ə yaxın ölkədən və 23 təşkilatdan 140-a yaxın diplomatın və hərbi attaşenin iştirak etdiyi səfər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət etməklə başlayıb. Sonra Heydər Əliyev Muze­yinə gələn qonaqlar ulu öndərin həyat və fəaliyyətinə aid fotoşəkil və ekspo­natlarla tanış olublar. Onun hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mər­hələsi barədə qonaqlara ətraflı məlu­mat verilib. 

Onun üçün insan kapitalı prioritet idi

Bakıda “Ümummilli lider Heydər Əliyevin xarici siyasət prioritetləri” adlı konfrans keçirilib. Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rek­toru, akademik Urxan Ələkbərov qeyd edib ki, uğurlu xarici siyasət ölkəmizin beynəlxalq aləmdə imicini və nüfuzu­nu müəyyən edir. “İkinci Qarabağ mü­haribəsi başa çatdıqdan və ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən son­ra Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub. Prioritet istiqamətlər­dən biri inklüziv inkişafa nail olmaqdır. Buna əsaslanaraq onu da əlavə etmək olar ki, Heydər Əliyev insan kapitalının inkişafına, onun ölkə iqtisadiyyatına töhfəsinə xüsusi önəm verirdi”, - deyə U.Ələkbərov çıxışında vurğulayıb. 

Gənclərə örnək ömür dastanı 

Paytaxtın 132-134 nömrəli təhsil kompleksində “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Heydər Əliyevin ana­dan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev – 100: Böyük ömrün dastanı” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib. Birlikdən bil­diriblər ki, media nümayəndələrinin də qatıldığı tədbir ulu öndər Heydər Əliyev, habelə Vətənimizin azadlı­ğı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başla­yıb. “İrəli” İB-nin sədri Şahin Rəhmanlı ulu öndər Heydər Əliyevin həyatının bütün mərhələlərində daim Azərbay­canın tərəqqisi naminə çalışdığı, eləcə də əsasını qoyduğu dövlət siyasətinin hazırda Prezident İlham Əliyev tərəfin­dən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Filarmoniyada xatirə konserti

Bakı Şəhər İcra Hakimiyyəti və Mə­dəniyyət Nazirliyinin birgə təşkilatçılı­ğı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Aka­demik Filarmoniyasında klassik musiqi gecəsi keçirilib. Meriyadan verilən mə­lumata görə, tədbirdə Bakı Şəhər İH-nın başçısı Eldar Əzizov, bir sıra dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, paytaxt ictimaiyyətinin nü­mayəndələri, ali və orta təhsil müəs­sisələrinin, veteran və gənclər təşkilatı­nın nümayəndələri, elm və mədəniyyət xadimləri və çoxsaylı qonaqlar iştirak ediblər.

AHİK 65 min ailəyə yubiley sevinci bəxş etdi 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən ulu öndər Heydər Əliyevin anadan olma­sının 100-cü ildönümü münasibətilə respublikanın rayonlarında 4500 aztə­minatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında ya­şayan həmin kateqoriyadan olan 2500 ailəyə də ərzaq payı göndərilib. AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd edilən kateqoriyadan olan ailələrə ər­zaq yardımları göstərirlər. Qeyd edək ki, bununla da sovqat göndərilən ailələ­rin ümumi sayı 65 minə çatıb.

Ultramarafona yekun vurulub

Gənclər və İdman Nazirliyi, Azər­baycan Atletika Federasiyasının təş­kilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Ağstafa-Bakı marşrutu ilə ultramarafon yürüşünə yekun vurulub. Ağstafanın Vurğun qəsəbəsinin sakini Ağa Əliyev yürüşə mayın 1-də Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önündən başlayıb. İlk gündə Gəncəyə kimi 96 kilometrlik məsafə qət edən marafon­çu ardınca 70 kilometrlik məsafəni keçərək Gəncədən Yevlaxa gəlib. Növ­bəti dayanma məntəqələri Kürdəmir və Hacıqabul rayonları olub. Son mər­hələyə Hacıqabuldan start verən yarış iştirakçısı 118 kilometr məsafəni qət edərək finişə çatıb. Ağa Əliyev Azər­baycanda 5 gün ərzində ən uzaq mə­safəni qətetmə rekorduna sahib çıxıb.

Yubileyə həsr olunmuş seminar

Milli Azərbaycan Tarixi Muzeyində Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyevin siyasi konsepsiyasında Azər­baycan gəncliyi” mövzusunda seminar təşkil olunub. Tədbir Tarix Muzeyinin və Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin birgə təşkilatçılığı ilə keçi­rilib. Seminarda muzeyin əməkdaşları, BDU-nun Tarix fakültəsinin müəllim və tələbələri, eləcə də hərbi təhsil müəs­sisəsinin kursantları iştirak ediblər.

Səhiyyə ocağında beynəlxalq konfrans

Ümummilli liderin doğum günü ölkəmizin hər yerində olduğu kimi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da qeyd edilib. Bu münasibətlə insti­tutda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransın işində tanınmış yerli mütəxəssislərlə bərabər müxtəlif ölkələrdən - ABŞ, Türkiyə, Ukrayna, Rusiya, Özbəkistan, Çexiya, Avstriya, İtaliyadan olan mütəxəssislər əyani və onlayn rejimində iştirak ediblər. Kon­fransda çıxış edən Səhiyyə nazirinin müavini Nadir Zeynalov Heydər Əliye­vin keçdiyi mənalı və şərəfli həyat yo­luna nəzər salıb. 

İnstitutun rektoru, professor Nazim Qasımov çıxışında ulu öndərin tibb kadrlarının hazırlanmasında, diplom­dansonrakı təhsilin inkişaf etdirilməsin­də, bilavasitə bu müəssisənin inkişa­fındakı əvəzolunmaz rolunu qeyd edib. 

Hazırladı:
İ.HƏSƏNQALA, “Xalq qəzeti”







Sosial həyat