“Qaranlıq şəbəkə”nin gizlinləri

post-img

“Dark Web” (qaranlıq şəbəkə) internetin axtarış sistemi tərəfindən indeksləşdirilməyən bir hissəsidir. Bu, yalnız şəxsi brauzer tərəfindən əldə edilə bilən gizli saytların toplusudur. Ondan həm qanuni, həm də qeyri-qanuni təcrübələrdə faydalı ola bilən internet fəaliyyətini anonim və məxfi saxlamaq üçün istifadə olunur. Bəziləri bu şəbəkədən hökumətin senzurasından yayınmaq üçün istifadə etsə də, onun çox qeyri-qanuni fəaliyyətlər üçün istifadə edildiyi də məlumdur. 

“Qaranlıq internet”ə giriş “Tor” adlı brauzer vasitəsilə həyata keçirilir. “Tor” brau­zerindəki axtarış sistemində sözlər axtara bilməzsiniz. Saytlara daxil olmaq üçün saytın tam ünvanı tələb olu­nur.

“Qaranlıq şəbəkə”dən diqqətlə istifadə etsəniz, çox faydalı bir sahəyə çevrilə bilər. Bu sahədən təhlükəsiz istifadə etmək tamamilə is­tifadəçidən asılıdır. Bundan əlavə, “qaranlıq şəbəkə”yə daxil olduğunuz saytları müt­ləq bilməlisiniz. 

“Dark Web” insanlara məxfiliklərini qorumağa və fi­kirlərini sərbəst ifadə etməyə kömək edir. Bəzi insanlar üçün “Qaranlıq şəbəkə” ci­nayət fəaliyyəti ilə məşğul ol­mağı asanlaşdıra bilər. Belə ki, bura istifadəçilərə məxfilik vəd etsə də, başqalarının məxfiliyini pozmaq üçün də istifadə edilə bilər. Şəxsi fo­toşəkillər, tibbi qeydlər və maliyyə məlumatları oğurla­na və burada paylaşıla bilər. 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Sosial həyat