Gimnastımız Nikita Simonov FIG kubokuna layiq görülüb

post-img

Azərbaycanın idman gimnastı Nikita Simonov Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlandırılıb. 

Azərbaycan Gimnastika Federasiya­sından “Xalq qəzeti”nə bildirilib ki, təm­silçimiz 2023-cü ildə iştirak etdiyi dörd dünya kuboku yarışlarında topladığı ən yüksək üç nəticənin cəminə əsasən, FIG kubokuna layiq görülüb. 

Qeyd edək ki, Misirin paytaxtı Qahirə­də keçirilən dünya kubokunun dördüncü mərhələ yarışında mübarizə aparan gim­nastımız halqalar ilə hərəkətlərin icrasın­da qızıl medala sahib olub. 

L.QURBANOVA, “Xalq qəzeti”

İdman