Özünüməşğulluq proqramı çərçivəsində 60 mindən çox ailəyə mikro və kiçik biznesin qurulması üçün dəstək göstərilib

post-img

Keçən il özünüməşğulluq proqramı 16 min şəxsi əhatə edib. Bu proqram xüsusilə də mikro və kiçik sahibkarlığın inkişafı baxımından önəmlidir. Ötən dövr ərzində proqram çərçivəsində 60 mindən çox ailəyə mikro və kiçik biznesin qurulması üçün dəstək göstərilib.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda deyib.

Nazir vurğulayıb ki, 2000 nəfərə yaxın işsiz işlə təmin edilib. Son 5 ildə Azərbaycanda məşğulluq orqanları vasitəsilə və sahibkarların köməyi ilə 282 min nəfər işə düzəldilib.

Onun sözlərinə görə, aktiv məşğulluq tədbirləri sahibkarların ciddi dəstəyi olmadan həyata keçirilə bilməzdi.

Sosial həyat