Soyqırımları ermənilərin xalqımıza qarşı apardığı düşmənçilik siyasətidir

post-img

Mingəçevir

Martın 31-də Mingəçevir­dəki Heydər Əliyev Mərkəzin­də şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə “Soyqırımları ermənilərin tarixən xalqımıza qarşı apardığı məqsədyönlü siyasətdir” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları Şə­hidlər xiyabanındakı Soyqırımı abidəsinin önünə əklillər, gül dəstələri qoyublar. Soyqırımı hadisələri zamanı vəfat etmiş və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən öv­ladlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov çıxışın­da qeyd edib ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qar­şı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərə mə­ruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycan­lılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşa­dıqları tarixi etnik torpaqlarından didərgin salınaraq, kütləvi qətl və qırğınlara məruz qalmışlar. Törədilən vəhşiliklər nəticəsində minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

XX əsrin əvvəllərində er­mənilər təkcə bu gün Ermənis­tan adlanan ərazidə deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Nax­çıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğın­lar, terror və digər zorakılıq akt­ları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on min­lərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəh­şicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək, yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscid­ləri dağıtmışlar. 

Tədbirdə soyqırımı qurbanla­rının xatirəsi dərin hüzn və ehti­ramla yad edilmişdir.

Göyçay

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Göyçay rayonunda anım tədbiri keçirilib. 

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqan­larının rəhbərləri, Yeni Azərbay­can Partiyası rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti­nin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Göyçay şəhər Şəhidlər xiyabanı ərazisində soyqırım qurbanları­nın xatirəsinə ucaldılmış Abidə Kompleksini, daha sonra Bığır kəndinin ərazisində yerləşən Soyqırım abidəsini və türk əsgər­lərinin məzarlarını ziyarət edərək önünə gül dəstələri düzüblər. 

Tədbirdə soyqırımı qurbanla­rının və şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

mingecevir.jpg

Sosial həyat