Xocalılar Mart qurbanlarını yad ediblər

post-img

Xocalıların yığcam məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib. 

Xocalı rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qara­yeva, 1 saylı klubun mədəni təş­kilatçısı Şahnaz Kərimova, rayon prokurorunun köməkçisi Hikmət Əsədov, Cəmilli kənd icra nü­mayəndəsi Ramiz Qəhrəmanov, “Xocalı Rayon Mərkəzi Xəstəxa­nası” publik hüquqi şəxsin direkto­ru Aqil Məmmədov, rayon ziyalısı Şakir Əliyev mövzu ətrafında çıxış ediblər.

Natiqlər bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xo­calı soyqırımı erməni şovinist-millətçilə­rinin azərbaycanlılara qarşı iki əsrdən artıq həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin, eləcə də 1918-ci il mart soyqırımının davamıdır.

Sonda “Unudulmuş mart” adlı televi­ziya filmi nümayiş etdirilib. 

 

Qalib BƏYMƏMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin redaktoru

Son xəbərlər