Sənət təqvimi

post-img

Satirik şair Mirzə Əli Hacı Ağa oğlu Möcüz 1873-cü il martın 29-da Güney Azərbaycanın Şəbüstər qəsəbəsində tacir ailəsində doğulmuşdur. Şeirlərin­də soydaşlarının cəhalətdən qurtul­masını və mədəni həyata çıxmasını təbliğ edib. Şəbüstərdə mövhumat­çı ünsürlərin müqavimətini qıraraq 1932-ci ildə ilk dəfə qız məktəbi açan, qadın azadlığını müdafiə və təbliğ edən Mirzə Əli Möcüz olub. “Molla Nəsrəddin”dən və Mirzə Ələkbər Sa­birin yaradıcılığından ilhamlanaraq dəyərli şeirlər yazıb. 

Möcüz Cənubi Azərbaycanda Sa­bir ədəbi üslubunu davam etdirən, ana dilində yazan demokratik ruhlu, qüvvətli bir xalq şairi olub. 1934-cü ildə ağır xəstəlikdən vəfat edib.

***

“Şərqi-rus” 1903-cü il martın 30-dan başlayaraq, Tiflisdə Azərbay­can dilində, həftədə üç dəfə çıxmış ictmai-siyasi, iqtisadi, elmi, ədəbi qəzet olub. Təsisçisinin Məhəmməd ağa Şahtaxtinski, redaktorunun Cəlil Məmmədquluzadə olduğu bu dövri nəşrin səhifələrində Ömər Faiq Ne­manzadə, Sultan Məcid Qənizadə, Firudin bəy Köçərli, Məmməd Səid Ordubadi, Rəşid bəy Əfəndiyevin ma­ariflənditrici ruhlu yazıları yer alıb. Qə­zet iki il fəaliyyət göstərib, son yarım ilində gündəlik həşr edilib. 

“Şərqi-rus”un ilk saylarında dərc olunan məqalələri Ömər Faiq “cama­atın məlumatını artırmağa, fikirlərini işıqlandırmağa xidmət edən” publisist nümunələr adlandırıb. 

***

Qərb incəsənət tarixinin ən görkəmli simalarından sayılan dünya şöhrətli Niderland postimpressionist rəssam Van Qoq 1853-cü il martın 30-da dünyaya gəlib. 

Van Qoqun 10 il ərzində yaratdığı, təxminən, 2 min 100 əsərlik qalere­yasına peyzaj, natürmort, portret və avtoportretlər daxildir. O, 860 yağlı boya rəsminin əksəriyyətini ömrünün son iki ilində çəkib. Aydın rəng çalarla­rı ilə səciyyələnən bu əsərlər müasir incəsənətin təməl daşları hesab olu­nur. İztirablar içində yaşayan böyük rəssam 1890-cı ildə 37 yaşında vəfat edib.

 

Hazırladı: Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

10-55555.jpg

10-66666.jpg

Sosial həyat