Moldova mətbuatı: Fransa qanlı müstəmləkə cinayətlərinə görə üzr istəməlidir

post-img

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü və Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə çıxışı Moldovanın “Noi” xəbər portalında dərc edilib.

AZƏRTAC-ın xəbəri əsasında hazırlanan məqalədə Prezident İlham Əliyevin Fransa ilə bağlı söylədiyi fikirlər yer alıb. “Əliyev: Fransa qanlı müstəmləkə cinayətlərinə görə üzr istəməlidir”, - sərlövhəli məqalədə qeyd olunur ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə dəstəkləyib.

Məqalədə Prezident İlham Əliyevə istinadla yazılır ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. “Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”, -deyə dövlətimizin başçısının sitatına istinadla məqalədə qeyd olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Siyasət

About Us

The argument in favor of using filler text goes something like this: If you use arey real content in the Consulting Process anytime you reachtent.

Instagram