Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfər edəcək.
XQ-nin əldə etdiyi məlumata görə, 21-23 aprel tarixlərini əhatə edəcək səfər çərçivəsində ali qonağın Prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Latviya liderinin, həmçinin Latviya-Azərbaycan Biznes Forumunun açılışında iştirakı gözlənilir.

