Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə tədbirlər planı üzrə cəzaçəkmə müəssisələrində cəza müddəti bitməkdə olan məhkumlarla görüşlər davam etdirilir.
Bu dəfə 1, 10, 11, 15 saylı penitensiar müəssisələrdə cəza müddəti bitməkdə olan daha 127 məhkumla görüş keçirilib. Görüşlərdə Agentliyin fəaliyyət istiqamətləri, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial adaptasiyası tədbirləri barədə ətraflı məlumat verilib.
Məhkumları maraqlandıran suallar cavablandırılıb, cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra sosial adaptasiya tədbirlərinə cəlb edilmələri üçün onların qiymətləndirilməsi aparılıb.
Qeyd edək ki, Agentliyin əməkdaşları penitensiar müəssisələrdən azad olunan şəxslərin sosial reabilitasiyası məqsədilə onların ailələrinə səfərlər edirlər. Həmin şəxslərin tələbatları bir daha qiymətləndirilir və ehtiyaclarına uyğun olaraq sosial-psixoloji, sosial-hüquqi və sosial-məsləhət yardımı ilə təmin edilməsi, sosial adaptasiyası üçün işlər aparılır.
XQ



