Türk İnvestisiya Fondu qardaş ölkələrin daha da güclənməsinə təkan verəcək

post-img

İki yüz milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən Türk ailəsinin üzləri bir-birinə qarşılıqlı dəstək və həmrəylik göstərməklə dünyaya dostluq nümunəsi nümayiş etdirirlər. Türk dövlətləri arasında siyasi, iqtisadi, ticari, mədəni əlaqələr, o cümlədən təhlükəsizlik, müdafiə kimi sahələrdə də əməkdaşlıq getdikcə möhkəmlənir. İstər ulu öndər Heydər Əliyevin siyasi kursu, istərsə də Prezident İlham Əliyevin 20 il ərzində ölkəyə rəhbərliyi dövründə Azərbaycan həmişə Türk dünyasının sıx birliyinə, dostluq və qardaşlığının daha da möhkəmləndirilməsinə öz töhfəsini verib.

Prezident İlham Əliyevin türk dövlət­lərinin əməkdaşlığının daha da sıx ol­masına, əlaqələrin genişləndirilməsinə verdiyi töhfələrdən biri də “Türk İnvesti­siya Fondunun yaradılması” təşəbbüsü­dür. Məhz cənab Prezident 2014-cü ilin iyununda Bodrumda keçirilən türk Döv­lətləri Təşkilatının IV Zirvə görüşündə Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Bu fondun ya­radılması TDT-yə üzv dövlətlərin iqtisadi baxımdan yaxınlaşmasına əlverişli im­kan yaradacaq. Ekspertlər də bildirirlər ki, Türk İnvestisiya Fondu Türk dövlətləri­nin iqtisadi inkişafına, həmçinin sərmayə qoyuluşunun artmasına təkan verəcək.

Dövlət başçımızın təçəbbüsü ilə atılan konkret addımlar, həyata keçirilən tədbir­lər Azərbaycanın nüfuzlu beynəlxalq təş­kilatlara uğurlu əməkdaşlığının və həmin qurumların bəzilərinə sədrliyi sayəsində əldə etdiyi zəngin təcrübənin göstəricisi­dir. Xatırladaq ki, Azərbaycan bu vaxta qə­dər AŞPA-nın Nazirlər Komitəsinə, BMT Təhlükəsizlik Şurasının qeyri- daimi üzvü olarkən iki dəfə bu quruma sədrlik etmiş və dördüncü ildir ki, Qoşulmama Hərəka­tına sədrlik edir. Bütün bunlar Azərbayca­na dünya miqyasında göstərilən inam və etimadın təsdiqidir. Bu, eyni zamanda, ölkəmizin beynəlxalq səviyyədə milli ma­raqlarının davamlı şəkildə müdafiə olun­masında və nüfuzunun daha da yüksəl­məsinə xidmət edir.

“Türk İnvestisiya Fondu”nun yara­dılması həm Azərbaycan, həm də Türk dövlətləri üçün yeni investisiya imkan­ları yaradacaq. Fond, birmənalı şəkildə, daha çox investisiyanın Türk dövlətlərinə yönəldilməsinə imkan verəcək. Ekspert­lərin fikrincə, Azərbaycanda da qeyri-neft sektorunda sərmayələrə ehtiyac olduğu­nu nəzərə alsaq, bu fond ölkəmiz üçün investisiyanın şaxələndirilməsi aspektin­dən çox zəruridir.

Bir neçə gün əvvəl Milli Məclisin ple­nar iclasında “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müza­kirəyə çıxarıldı. 

Tahir MİRKİŞİLİ,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

– “Türk İnvestisiya Fondunun ya­radılması haqqında” Saziş bu il martın 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü zamanı imzalanıb. Fon­dun məqsədi regionda daxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyəti dəstəkləmək vasitəsilə Türk Dövlətləri Təşkilatına üzv iştirakçı dövlətlərinin iqtisadi inkişafına, birgə layihələrin həyata keçirilməsinə töhfə verməkdir. Fondun nizamnamə kapitalı 500 mil­yon ABŞ dollarıdır. Onun 350 milyon dolları ödənilmiş, 150 milyon dolları isə çağrıla bilən paylara aiddir. Ni­maznamə kapitalı 5 üzv arasında bə­rabər bölünüb və hər bir üzv 75 mil­yon dollar ödənilmiş, 25 milyon dollar isə çağırıla bilən payın sahibi olacaq­dır. Fond və onun hər hansı ödəniş üçün nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paya bölünüb. Hər bir üzv dövlət üçün ödəniş kimi 5 milyon dollar 90 gün ərzində, qalan 70 milyon dolları isə 3 il ərzində ödəməlidirlər. 

Fondun təşkilatı və idarəetmə strukturu sazişdə aydın əks olunub. Fondun prezidenti qurumun Rəhbər­lər Şurası tərəfindən dördillik müddətə uzatma və yenidən təyinetmə olma­dan rotasiya əsasında təyin edilir. Hər bir üzv ölkə fondun Rəhbərlər Şu­rasında nazir müavinləri səviyyəsin­də təmsil olunacaq. Fond və onun aktivləri bütün müsadirə tədbirlərin­dən, həbs qoyulamqdan immunitetə malikdir. Fondun aktivləri, gəlirləri bü­tün birbaşa və dolayı vergilərdən, o cümlədən kömrük rüsumlarından tam azaddırlar. Bu azadolmalar fond tərə­findən investisiya qoyulmuş məsələyə aid edilmir. 

Yeri gəlmişkən, 2022- ci illə müqa­yisədə Azərbaycanla Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollara qədər yüksəlmiş­dir. Son illər ərzində tərəflər arasında ticarət və iqtisadi əlaqələrdə ciddi inki­şaf müşahidə olunur. 1,2 trilyon no­minal, 4 trilyon 586 milyard dollar real ümumdaxili məhsula malik olan Türk dünyası birləşib və daha da güclənib. Belə bir fondun yaradılması Türk dün­yasının daha da güclənməsində tarixi səhifə açacaq. 

Bəs TİF hansı səlahiyyətlərə ma­likdir?

Bu məsələ müzakirəyə təqdim edilən sazişdə öz əksini tapıb. Sənəd­də bildirilir ki, fond öz məqsədini həyata keçirmək üçün regiondaxili ti­carətin təşviqində yardım etmək, kiçik və orta müəssisələrə aid olan layihələ­ri maliyyələşdirmək, beynəlxalq və milli maliyyə və inkişaf institutları, elə­cə də ticarət palataları və özəl müəs­sisələr ilə əməkdaşlıq etmək və birgə maliyyələşdirmək, sənaye istehsalı, infrastruktur, nəqliyyat, kənd təsərrü­fatı, informasiya və kommunikasiya texnologiyaları və turizm daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrini dəstəkləmək, ener­ji səmərəliliyi, bərpa olunan enerji və ətraf mühitin mühafizəsinə investisiya yatırmaqla yaşıl iqtisadiyyata töhfə verən layihələri maliyyələşdirmək və digər zəruri sahələri maliyyə dəstəyi ilə təmin etmək funksiya və səlahiy­yətlərə malikdir. 

TİF Qazaxıstan, Azərbaycan, Qır­ğızıstan, Türkiyə və Özbəkistanın işti­rakı ilə formalaşacaq.

 

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”



Siyasət