Marqareta Sederfelt: Biz sülhü, sabitliyi, parlament diplomatiyasını təşviq edirik

post-img

Bu gün Bakıda Azərbaycan Milli Məclisi və ATƏT Parlament Assambleyasının (PA) birgə təşkilatçılığı ilə ətraf mühit, nəqliyyat əlaqələndirilməsi və inkişaf mövzusunda konfrans keçirilir. Düşünürəm ki, bu mövzular iqlim dəyişikliyi kimi çağırışla üzləşdiyimiz bu günlərdə çox vacib məsələlərdir. Parlamentarilər olaraq daha yaşıl bir ətraf mühitin formalaşmasına töhfə verə bilərik. Biz, həmçinin hökumətlərin yaşıl iqtisadiyyatı, dayanıqlı iqtisadiyyatı təşviq etmək üçün nə edəcəkləri barədə müzakirələr apara bilərik və mən onların bu gün burada olmasından çox məmnunam.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində ATƏT Parlament Assambleyasının (PA) prezidenti xanım Marqareta Sederfelt deyib.

“Açılış mərasimində Monteneqro parlamentinin sədri iştirak etdi və onlar yaşıl iqtisadiyyat mövzusunu alqışladılar. Müşahidə etdim ki, bu konfransda ATƏT Parlament Assambleyasından, Avstriya, İtaliya, Qazaxıstandan çoxlu həmkarlarım iştirak edirlər”, - deyə Marqareta Sederfelt qeyd edib.

Onun sözlərinə görə, parlamentarilər arasında yaşıl inkişafa maraq böyükdür.

Bu konfransa ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirən ATƏT PA-nın prezidenti deyib: “Bu gün ən vacib məsələ kimi yaşıl iqtisadiyyatın, davamlı inkişafın və nəqliyyat əlaqələndirilməsinin təşviqidir. Həmçinin biz, alimlərin araşdırmalarından münaqişənin heç vaxt dayanıqlı inkişaf üçün yaxşı olmadığını bilirik və ATƏT-in Parlament Assambleyası olaraq Helsinki Yekun Aktına əməl edərək davamlı inkişafı dəstəkləyirik. Biz sülhü, sabitliyi, parlament diplomatiyasını təşviq edirik və həmçinin regionda sülhün təmin olunması istiqamətində çalışırıq”.

Siyasət