Dünya ermənilik xəstəliyinin çarəsini nə vaxt tapacaq?

post-img

El məsəli var: “Meşə sahibsiz olanda donuz təpəyə çıxar”. İndi Qarabağın Xankəndi şəhəri yiyəsiz olduğuna görə – yəni bu torpağın əsl sahibləri – xanın soydaşları orada yaşamadıqlarına görə təpəyə çıxmaq istəyənlərin sayı çoxalır. Özünü qaniçənliyi ilə ad çıxarmış Abel Aqanbekyana və türklərə qarşı qətliamda bilavasitə iştirak etmiş Zori Balayana tay tutmaq istəyən fırıldaqçı, kriminal ünsür Ruben Vardanyan anlamır ki, həmin quldurlar Cənubi Qafqaza 35 il davam edən məhrumiyyətlər, məşəqqətlər, bədbəxtliklər, viranəliklər, başkəsənliklər gətirmişdilər. Ömrü çirkli pullar toplayaraq qanuna zidd əməllər törətməkdə keçən bu zat başa düşə bilmir ki, Aqanbekyan, Balayan, Koçaryan və Sarkisyanın qələtləri elə erməni xalqına da böyük zərbə vurmuşdur.

Bəs absurd və heç bir hüquqi, tarixi və ya elmi əsası olmayan “Artsax” iddi­asının 35 illiyi münasibətilə qələmə alı­nan bu sətirləri nə üçün Ruben Vardan­yan adlı iyrənc təfəkkürlü adamın adı ilə başlayırıq? Çünki “Artsax”adlı qondarma dövlətin uydurma “dövlət naziri” vəzifəsi­ni mənimsəmiş Ruben Vardanyan “Qara­bağ hərəkatı” adlandırdıqları vəhşiliklərin 35 illiyi münasibətilə keçirilən tədbirin işti­rakçılarına göndərdiyi məktubda yazır ki, əgər həmin hərəkat başlanmasaydı, biz nəinki Qarabağı, hətta Ermənistanı da itirə bilərdik. 

Erməni mediası fevralın 20-də ke­çirilmiş həmin quldur toplantısı barədə verilmiş məqalədə məhz Vardanyana istinadən xatırladır ki, guya, “Artsax”ın qorunması uğrunda aparılmış mübarizə qələbə hisslərini yaşatdı. Vardanyan həyasızcasına bildirir ki, 35 il əvvəl qa­rabağlılar öz talelərinə sahib olmaq üçün addım atdılar və istədiklərinə nail oldular. 

Bu adamın iddiaları, sadəcə, rəzillik, şərəfsizlik və əxlaqsızlıqdır. Yeri gəlmiş­kən, böyük rus ədibi Lev Tolstoy yazırdı ki, haqsız müharibənin nəticələri həmişə böyük fəlakətə və ümumi əxlaq pozğun­luğuna gətirib çıxaracaq. Ermənilərin Azərbaycana qarşı apardıqları haqsız müharibənin nəticələri böyük ədibin nə qədər uzaqgörən olduğunun təsdiqi kimi qəbul edilə bilər. Onsuz da, tarixən, hə­yasız olmuş bu xalqın təmsilçiləri həmin ədalətsiz müharibə zamanı dünyanın heç yerində müşahidə edilməmiş ümumi əx­laqsızlığa imza atdılar. 

Vardanyanın sarsaqlamalarına gəlin­cə isə, əvvəla, “Qarabağ hərəkatı” baş­lananda “qanuni oğru” Vardanyanın cəmi 19 yaşı var idi. Yəni bütün danışdıqları kimi, həmin hərəkat barədə dedikləri də yalan, absurddur. İkincisi, o, Rusiyada törətdiyi cinayətlərin izini itirmək üçün başqa bir ölkəyə, lap elə İrəvana gedər və öz əyriliklərini orada davam etdirə bilərdi. Amma onu harasa getməyə qoy­madılar, iyrənc məqsədlərə iyrənc adam­ların köməyi ilə çatmaq üçün Qarabağa göndərdilər. 

Onun tərcümeyi-halındakı bəzi məqamları böyütmədən, kiçiltmədən, mətbuatdan götürdüyümüz kimi təqdim edirik: “Aydın oldu ki, Vardanyanın təsis etdiyi “Troyka Dialoq” İnvestisiya Bankı, ümumilikdə, 76 törəmə şirkətdən ibarət ofşor şəbəkəsi qurmuşdu. Həmin şirkət­lər 2006-2012-ci illərdə Litvanın “Ukio” və “Snoras” şirkətləri vasitəsilə 3,5 milyard avrodan çox vəsaiti ofşor şirkətlərə kö­çürərək, “çirkli pullar”ın yuyulması sxe­mində iştirak edib.

Bu vəsaitlərin Rusiyadan çıxarılması üçün Litva banklarında Ermənistandan Rusiyaya mövsümi işlərə gələn şəxslərin adına hesablar açılırdı. Həmin şəxslərin hesablarında milyonlarla dollar vəsait olması barədə xəbərləri yox idi. Görün­düyü kimi, öz soydaşlarından bir vasitə kimi istifadə edən Ruben Vardanyan pul köçürmələrində biznes strukturlarının va­sitəçiliyinə görə, zəngin müştərilərindən və korporasiyalardan pul alırdı. Beləliklə, bu iş adamının “Troyka Dialoq” strukturu­nun “uğur sirri” bəsit maliyyə fırıldağı və “çirkli pullar”ın yuyulması sxemi üzərində qurulmuşdu.

Bu, az imiş kimi, Ruben Vardanyan varlanmaq və topladığı kapitalı qorumaq üçün 30 ildir ki, erməni mənşəyindən bayraq kimi istifadə edir. Hətta Rusiya mediasında özünü yeni nəsil və reputa­siyası təmiz biznesmen kimi təqdim edən Vardanyanın vaxtı ilə postsovet məka­nın 1 nömrəli “qanuni oğrusu” olmuş və 2013-cü ilin yanvarında sui-qəsd nəticə­sində öldürülən “Ded Xasan”la 1990-cıillərin əvvəllərində sıx əlaqə qurması ilə bağlı məlumatlar var. Yəni o, özünü xoşməramlı kimi göstərməyə çalışsa da, əslində, kriminal strukturlara yaxından bağlıdır. 

Bu təqdimatdakı bir neçə ifadəni tək­rar etmək zərurəti var: “O, öz soydaşla­rından bir vasitə kimi istifadə edir” və ya “30 ildir ki, erməni mənşəyindən bayraq kimi istifadə edir”. Bəli, o, Azərbaycanın təbii sərvətləri hesabına öz var-dövlətini artırmaq üçün bu gün Qarabağ ermə­nilərindən də bir vasitə kimi istifadə edir. 

Münaqişənin 35 illiyinə gəlincə isə xatırladaq ki, Ruben Vardanyanın adı həmin qanlı-qırğınlı, deportasiyalı, hətta soyqırımları ilə dolu olan illərin heç bir sə­hifəsində yoxdur. Erməni xalqına zülm­lər gətirmiş, nəticədə ordusu darmada­ğın edilmiş dövlətin kapitulyasiya aktına imza atmasının əsas səbəbkarları başqa xəstələrdir. Münaqişənin tarixi o qədər də uzağa getmədiyinə, özlərinin də dedi­yi kimi, 35 ili əhatə etdiyinə görə bütün günahkarlar da, zərərdidələr də dünyada hamıya məlumdur. 

O da məlumdur ki, 1987-ci ildə aka­demik Abel Aqanbekyanın təkidi ilə Parisdə keçirilən erməni ümummilli konqresi SSRİ-də yaranmaqda olan də­yişiklikərdən istifadə edərək Dağlıq Qara­bağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul etmişdi. Həmin ilin iyun-iyul aylarında ermənilər Xankəndinin küçələ­rində vərəqələr yayır, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün təbliğata başlayırdılar. Oktyabr ayında isə İrəvan­da "Qarabağ Komitəsi" ilk açıq mitinq ke­çirir. Komitəyə İqor Muradyan və Levon Ter-Petrosyan başçılıq edirdilər. Bir ay sonra – noyabrın 16-da Mixail Qorbaço­vun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Parisdə qəzetlərə müsahi­bə verərək Dağlıq Qarabağın Ermənista­na verilməsi ilə əlaqədar Qorbaçovu razı saldığını bildirir.

Diqqət yetirdinizsə, 1987-ci il ermə­nilərin hədsiz dərəcədə fəallaşdığı dövr­dür. Nə üçün? Çünki Sovet İttifaqı Kom­munist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə eti­raz etdiyinə görə Heydər Əliyev 1987-ciilin oktyabrında SSRİ rəhbərliyindəki və­zifələrindən uzaqlaşdırılmışdı. Bu addım məkrli, qərəzli və fitnəkar erməni qrup­laşmalarının fəallaşmasına zəmin yarat­mışdı. 

Amma bu zaman başqa bir faktı da yada salmaq zərurəti var. Onlar Heydər Əliyevin SİYASİ ELİTADAN getməsin­dən bəhrələnərək Azərbaycana qarşı xə­yanətkarlıqlarını müharibə müstəvisinə qaldırmış, ərazilərimizin 20 faizini işğal etmişdilər. Heydər Əliyevin SİYASİ KUR­SUNU uğurla davam etdirən Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev isə dünya er­məniliyinin 30 illik “qələbə sevincini” on­ların gözündən tökdü, Ermənistan döv­lətini çökmək dərəcəsinə gətirdi, erməni ordusunu darmadağın etdi, dünyanın hər yerində kök salmış erməni lobbisinə və bu xalqın diaspor təşkilatlarına üzqaralığı “bəxş etdi”, “Bakıya göndəriləcək” erməni tanklarının qənimətlər muzeyinin ekspo­natına çevrilməsinə nail oldu. 

İlham Əliyev Davosda, Soçidə, Münxendə, Nyu-Yorkda, eləcə də di­gər şəhərlərdə Ermənistan rəhbərini elə mənəvi zərbələrə məruz qoyur, onların 35 illik yalan və fitnə-fəsadlarını elə şəkil­də ifşa edir ki, bəlkə də həmin proseslə­rin analoqu heç zaman olmayıb. 

İndi maraqlıdır, görəsən, ermənilər “Qarabağ hərəkatı”nın 35 illiyinə həsr olunmuş tədbirlərdə bu faktları – Azər­baycanın 2020-ci ilin payızında yaratdı­ğı yeni reallıqları yada salıblar, ya yox? Yada salmayıblarsa, onda bu sətirləri oxusunlar. Başqa bir maraqlı sual da var: Görəsən dünya erməni xəstəliyinin çarə­sini tapacaqmı?

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət