COVID-19: 10 yoluxma

post-img

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 10 yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, in­diyədək ölkədə ümumilikdə 831 min 834 nəfərin koronavirus infeksiyasına yolux­ması faktı müəyyən edilib, onlardan 821 min 500 nəfər müalicə olunaraq sağalıb, 10 min 274 nəfər vəfat edib. Aktiv xəstə sayı 60 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1923, bu günə qədər isə ümumilikdə 7 milyon 622 min 334 test icra olunub.

“Xalq qəzeti”

Səhiyyə