Beynəlxalq Rəsm Festivalı

post-img

Mayın son günlərində Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalı keçirilib.

Sonuncu gün Muxtar Respublika Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda festivalda çə­kilmiş əsərlərdən ibarət sərgi açılıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Preziden­tinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sərgidə iştirak edib. Fuad Nə­cəfli tədbirin təşkilatçılarına və işti­rakçılarına minnətdarlığını bildirərək deyib ki, Azərbaycan Respublikası­nın ən qədim və zəngin guşələrindən olan Naxçıvanda iki ildən bir keçirilən bu tədbir həm dünya incəsənətinə in­teqrasiyamızı təmin edir, həm də yerli rəssamların işlərini görmək, onlarla tanış olmaq üçün böyük bir fürsətdir. Bugünkü tədbir də muxtar respubli­ka əhalisinə töhfədir, ölkəmizin, mux­tar respublika cəmiyyətinin bütün tə­bəqələrində olduqca maraqla qarşılanır.

Sonra tədbirdə festival iştirakçıların­dan Mehmet Sağ, Dase Ştrausa, İnna Kostinaya hədiyyələr verilib, 20 xarici rəssama Naxçıvan Muxtar Respubli­kası Rəssamlar Birliyinin fəxri üzvlük, muxtar respublikadan olan 2 rəssama isə Naxçıvan Muxtar Respublikası Rəs­samlar Birliyinin üzvlük vəsiqələri təq­dim olunub.

Sərgiyə baxış zamanı məlumat ve­rilib ki, festivalda Türkiyə, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Rusiya, Fin­landiya, Latviya və Polşadan olmaqla 20 rəssam, ölkəmizdən isə 32 rəssam iştirak edib. Sərgi salonunda rəssamla­rın festivalda çəkdikləri dekorativ-tətbiqi sənət, rəngkarlıq, qrafika növlərinə aid mənzərə, natürmort, portret janrlarında müxtəlif mövzularda 56 rəsm əsəri nü­mayiş olunur.

Sonda festival iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Səbuhi HƏSƏNOV

Sosial həyat