Sağlam balalar – ümidli gələcək

post-img

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hemofiliyalı, talassemiyalı və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiyada donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər görülüb, könüllülər tibbi müayinədən keçirilib, infeksion xəstə­liklərə qarşı yoxlama aparılıb. Aksiyada işçtirak edən könüllülərdən 6 litr qan toplanılaraq Naxçıvan Muxtar Respub­likası Xəstəxanasının qan bankına təh­vil verilib. Xeyirxahlıq aksiyası muxtar respublikada yaşayan irsi qan xəstəliyi olan hemofiliyalı, talassemiyalı və ley­koz xəstəliyindən əziyyət çəkən uşaq­lara dəstək məqsədi daşıyır.

Qeyd edək ki, adıçəkilən humanist aksiya artıq11 ildir ki, təşkilatçılar tərə­findən mütəmadi olaraq 1 iyun Uşaq­ların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirlir.

***

1 İyun Uşaqları Beynəlxalq Mü­dafiə Günü münasibətilə Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Ko­mitəsinin təşkilatçılığı ilə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir ke­çirilib.

Tədbirdə uşaq hüquqlarını qoru­yan müvafiq təşkilatların əməkdaşları, 2022–2023-cü tədris ilində Ordubad rayonu üzrə fərqlənən şagird və müəl­limləri iştirak edib. Ordubad Rayon Mədəniyyət sarayında keçirilən tədbir­də rayon İcra Hakimiyyəti başçısının müavini Rəşadət Orucov və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitə­sinin sədr müavini Aytən Məmmədova çıxış edərək “1 iyun - Uşaqları Bey­nəlxalq Müdafiə Günü”nün yaranma­sı tarixindən, tədbirin əhəmiyyətindən bəhs edib, muxtar respublikada uğurla həyata keçirilən dövlət uşaq siyasə­tindən, uşaqlara göstərilən hərtərəfli diqqət və qayğıdan ətraflı danışıblar. 

Tədbirdə Ordubad rayonu üzrə 2022–2023-cü tədris ilində müxtəlif sahələrdə nailiyyət qazanmış uşaqlara, eyni zamanda şəhid ailələrinin uşaqla­rına təşkilatçılar tərəfindən hədiyyə və fəxri fərman təqdim edilib.

Sonra tədbir bədii hissə ilə davam edib, istedadlı uşaqların rəsm və əl işlə­rindən ibarət sərgiyə baxış olub.

Səbuhi HƏSƏNOV

Sosial həyat