Mövqelərimiz atəşə tutulub

post-img

Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayo­nunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yer­ləşən mövqelərindən ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sə­dərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fa­silələrlə atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azər­baycan ərazisindəki qeyri-qanuni ermə­ni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu­nun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlə­rində yerləşən mövqeləri də atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ordu