Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 160 Bakı şəhəri, 18 may 2023-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli Qərarı ilə təs­diq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələri­nin tətbiqi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, elektron nə­zarət vasitələri tətbiq edilən məhkum edilmiş və ya barəsində qətimkan təd­biri seçilmiş şəxslər üzərində nəzarə­tin daha effektiv həyata keçirilməsinin təmin olunması, habelə bu sahədə səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 795; 2021, № 3, maddə 285) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Məhkum edilmiş və ya barəsin­də qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 6.7.3-cü yarımbəndə “təkrarlayır” sözündən sonra “, həmçinin elektron qolbağın açılması və ya ərazi məhdu­diyyətinin pozulması halları mövcud ol­duqda, bununla bağlı dərhal məsul icra məmuruna (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsinə mə­lumat verir” sözləri əlavə edilsin.

2. 6.7.4-cü yarımbəndə “olmadıq­da,” sözündən sonra “bu Qaydaların 6.7.3-cü yarımbəndində nəzərdə tutul­mayan digər pozuntularla bağlı” sözləri əlavə edilsin və həmin yarımbənddə “onun” sözü “aşkar edilmiş bütün po­zuntuların” sözləri ilə əvəz edilsin.

3. 8.2-ci bənd aşağıdakı redaksiya­da verilsin:

“8.2. Aşağıdakı hallarda elektron nəzarət vasitəsi nəzarət subyektinin üzərindən icra məmurunun (probasiya üzrə) və ya polis orqanının müvafiq və­zifəli şəxsinin əsaslandırılmış qərarı ilə müvəqqəti çıxarılır:

8.2.1. tibb müəssisəsinin rəyinə əsasən nəzarət subyektinə tibbi yar­dım göstərilməsi zərurəti olduqda;

8.2.2. barəsində inzibati həbs nö­vündə tənbeh tədbiri tətbiq edildikdə;

8.2.3. barəsində həbs növündə qə­timkan tədbiri seçildikdə;

8.2.4. nəzarət subyekti alkoqo­lizm və ya narkomaniyadan müali­cə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yer­ləşdirildikdə.”.

4. Aşağıdakı məzmunda 8.2-1-ci bənd əlavə edilsin:

“8.2-1. Bu Qaydaların 8.2.1-8.2.4-cü yarımbəndlərində qeyd olunan hal­lar aradan qalxdıqda və bu Qaydaların 8.1-ci bəndində nəzərdə tutulan hallar olmadıqda, elektron nəzarət vasitəsi şəxsə yenidən tətbiq olunur.”.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları

About Us

The argument in favor of using filler text goes something like this: If you use arey real content in the Consulting Process anytime you reachtent.

Instagram