Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 154 Bakı şəhəri, 12 may 2023-cü il

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərin­də iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində işti­rak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbay­can Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamı­nın 2.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 373, № 6, maddə 792, № 8, maddə 1118, № 11, maddə 1386; 2021, № 4, maddə 398, № 7, maddə 861, № 8, maddə 964, № 10, maddə 1167, № 11, maddə 1291; 2022, № 2, maddə 174, № 4, maddə 372, № 6, maddə 670, № 8, maddə 964, № 10, maddə 1215, № 12, maddə 1532; 2023, № 1, maddə 138; Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2021-ci il 8 yanvar tarixli 2 nömrəli, 2023-cü il 9 mart tarixli 84 nömrəli və 27 mart tarixli 90 nömrəli qərarları) 2-ci hissəsində “mayın 1-dək” sözləri “iyulun 1-dək” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları