Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 93

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 93 Bakı şəhəri, 27 mart 2023-cü il

Xüsusi karantin rejimində bəzi məh­dudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə 

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qa­nununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təs­diq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda ka­rantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

1. Müəyyən edilsin ki, 2023-cü il 28 mart saat 06:00-dan:

1.1. hava nəqliyyatı vasitəsilə bütün xa­rici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azər­baycan Respublikasına giriş-çıxışına icazə verilir;

1.2. aşağıdakı hallarda COVID-19 paspor­tu (COVID-19-a qarşı tam peyvənd olunma­sını və ya COVID-19-dan sağalaraq immuni­tetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir:

1.2.1. xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaş­larının, habelə vətəndaşlığı olmayan şəxslə­rin Azərbaycan Respublikasına girişi zamanı;

1.2.2. müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəz­ləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat mar­şrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.

2. Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr ta­rixli 336 nömrəli Qərarının (Azərbaycan Res­publikasının Qanun-vericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387, 1394, № 12 (V kitab), maddələr 1588, 1592, 1612; 2021, № 1, maddələr 92, 106, № 3, maddələr 267, 290, 291, № 4, maddə 403, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 683, 692, № 7, maddələr 868, 882, № 8, maddə 974, № 9, maddə 1079, № 10, maddə 1191, № 12, maddələr 1514, 1524; 2022, № 2, maddə 176, № 3, maddə 258, № 4, maddə 417, № 6, maddə 673, № 8, maddə 1012, № 10, maddə 1225, № 12, maddə 1554; Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2023-cü il 21 fevral tarixli 65 nömrəli Qərarı) 1.1.1-ci yarımbən­dində “və hava nəqliyyatı ilə” sözləri “nəqliy­yatla” sözü ilə əvəz edilsin.

3. Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV ki­tab), maddələr 668, 679, 683, № 7, maddələr 872, 890, 891, № 8, maddələr 957, 971, № 9, maddələr 1051, 1079, № 10, maddə 1182, № 12, maddələr 1514, 1533, 1543; 2022, № 1, maddələr 61, 80, № 2, maddə 164, № 3, maddə 258, № 4, maddələr 399, 417, № 5, maddələr 561, 573, № 6, maddə 673) 2.3-cü, 2.5-1-ci, 2.5-2-ci, 2.5-2-1-ci, 2.5-4-1-ci, 2.5-6-cı, 2.5-7-ci, 2.5-9-cu, 2.5-10-cu, 2.5-12-ci, 2.5-13-cü bəndləri və 2.5-3.1-ci, 2.5-3.3-cü, 2.5-3.8-ci, 2.5-5.2-ci, 2.5-5.3-cü yarımbəndləri ləğv edilsin. 

4. “Xüsusi karantin rejimində bəzi məhdu­diyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 sentyabr ta­rixli 280 nömrəli Qərarının (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2021, № 9, maddə 1079) 1.3-cü bəndi ləğv edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları