Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 91

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 91 Bakı şəhəri, 27 mart 2023-cü il

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavi­rus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqları­na müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2020-ci il 23 iyul.tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Yeni növ koronavirus (COVID-19) infek­siyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndi­rilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb iş­çilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarının (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 992, № 11, maddə 1404; 2021, № 1, maddə 102, № 4, maddə 412, № 7, maddə 883, № 8, maddə 963, № 10, maddə 1168, № 12, maddə 1540; 2022, № 3, maddə 260, № 4, maddə 418, № 6, maddə 667, № 8, maddə 963, № 9, maddə 1094, № 12, maddə 1537; Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2023-cü il 27 yanvar tarixli 23 nömrəli və 9 mart tarixli 84 nömrəli qərarları) 2-ci hissəsində “martın 1-dək” söz­ləri “mayın 1-dək” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları