Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 90

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 90 Bakı şəhəri, 27 mart 2023-cü il

“Yeni növ koronavirus (COVID-19) in­feksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müd­dətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2020-ci il 25 mart tarixli 112 nömrəli. Qərarında dəyişiklik edilməsi haqqında

“Yeni növ koronavirus (COVID-19) infek­siyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndi­rilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Yeni növ koronavirus (COVID-19) infek­siyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə­nin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının (Azər­baycan Respublikasının Qanunvericilik Top­lusu, 2020, № 3, maddə 373, № 6, maddə 792, № 8, maddə 1118, № 11, maddə 1386; 2021, № 4, maddə 398, № 7, maddə 861, № 8, maddə 964, № 10, maddə 1167, № 11, maddə 1291; 2022, № 2, maddə 174, № 4, maddə 372, № 6, maddə 670, № 8, maddə 964, № 10, maddə 1215, № 12, maddə 1532; Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2021-ci il 8 yanvar tarixli 2 nömrəli, 2023-cü il 24 yanvar tarixli 19 nömrəli və 9 mart tarixli 84 nömrəli qərarları) 2-ci hissəsində “martın 1-dək” sözləri “mayın 1-dək” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları