Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 76

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 76 Bakı şəhəri, 7 mart 2023-cü il

“Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2020-ci il 10 yanvar tarixli 3 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Dövlət Şəhər­salma və Arxitektura Komitəsinin fəaliyyəti­nin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azər­baycan Respublikası Prezidentinin 2022-ci il 23 avqust tarixli 1823 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2020-ci il 10 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2020, № 1, maddə 61) ilə təsdiq edilmiş “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödə­nilən xidmət haqqı məbləğləri”nin cədvəlinin 3-cü və 9-cu hissələrinin “Xidmətin adı” sütu­nunda “inzibati ərazisində” sözləri “və Azər­baycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qa­rabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati əra­zilərində” sözləri ilə əvəz edilsin. 

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları