Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 74

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 74 Bakı şəhəri, 7 mart 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qayda­ları”nda dəyişiklik edilməsi haqqında

“Elmi dərəcələr verilməsi qaydası haqqın­da Əsasnamə”nin və “Elmi adlar verilməsi qay­dası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti­nin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fər­manında dəyişiklik edilməsi haqqında” Azər­baycan Respublikası Prezidentinin 2022-ciil 26 noyabr tarixli 1888 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2010, № 7, maddə 695; 2013, № 10, maddə 1228; 2014, № 1, mad­də 56; 2017, № 4, maddə 666; 2018, № 11, maddə 2431; 2019, № 2, maddə 357, № 11, maddə 1863; 2020, № 1, maddə 67; 2021, № 2, maddə 205, № 3, maddə 286, № 6 (IV kitab), maddə 665; Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 448 nömrəli və 2023-cü il 12 yanvar tarixli 6 nömrəli qərarları) ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoran­turaya qəbul Qayda-ları”nın 7.4-cü bəndində “Əcnəbilər” sözü “Dissertasiyanı Azərbaycan dilində yazan və müdafiə edən əcnəbilər” söz­ləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları