Estoniya Respublikasının Prezidenti Alar Karisdən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz həmkar!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Bu təbrik məktubunda xalqlarımızın dostluğuna, Estoniya ilə Azərbaycan arasındakı əməkdaşlığın gələcək illərdə də uğurla inkişaf edəcəyinə əminliyimi bildirirəm.

Həmfikir ölkələr arasında əməkdaşlıq xüsusilə Rusiya-Ukrayna müharibəsi və onun bütün dünyaya təsirinin davam etdiyi bir vaxtda son dərəcə əhəmiyyətlidir. Bilirik ki, ölkələrimizin Ukraynaya bu müharibədə qalib gəlməyə kömək etməkdən başqa yolu yoxdur. Müharibələrə son qoyulması, ədalətin və məsuliyyətin təmin olunması istiqamətində işimizi davam etdirməyimiz çox vacibdir. Biz, həmçinin ümid edirik ki, Azərbaycan və Ermənistan arasında bütün Cənubi Qafqaz regionunda sabitliyə, firavanlığa müsbət və uzunmüddətli təsir göstərəcək qarşılıqlı faydalı sülh sazişi imzalanacaqdır.

Həmçinin fürsətdən istifadə edərək, Estoniya Respublikasının Müstəqillik Günü münasibətilə təbrikinizə və xoş arzularınıza görə Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı səmimi dostluq münasibətləri bundan sonra da dövlətlərimizə və xalqlarımıza xidmət edəcəkdir.

Hörmətli həmkarım, ən yüksək ehtiramımı, həmçinin Azərbaycanın və onun xalqının rifahı, firavanlığı naminə ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Alar Karis

Estoniya Respublikasının Prezidenti

 

Məktublar