Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidzedən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

 

Zati-aliləri cənab Prezident!

Mən, ilk növbədə, Azərbaycan xalqına və şəxsən Sizə dərin ehtiramımı bildirirəm. Hamıya məlumdur ki, 2023-cü il Azərbaycanın möhtərəm sabiq Prezidenti, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisinə, onun siyasi və iqtisadi inkişafına, həmçinin Azərbaycan xalqının əmin-amanlığının, firavanlığının təmin olunmasına mühüm və əvəzsiz töhfələr vermişdir.

Onun Cənubi Qafqaz regionunun inkişafında, xüsusilə Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində, ölkələrimizin ikitərəfli münasibətlərinin genişlənməsində mühüm rolu hamıya yaxşı məlumdur. Heydər Əliyevin xidmətləri tarixin səhifələrində və nəsillərin yaddaşında əbədi qalacaqdır.

Mən Prezident Heydər Əliyevin rəhbərliyi dövründə Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsində işləmək kimi böyük şərəfə nail olmuşam. Həmçinin həmin illərdə mən o dahi insanın rəhbərliyi ilə mühüm beynəlxalq layihələrdə fəal iştirak imkanı əldə etmişəm.

Cənab Prezident, Sizə ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

 

Zurab Qumberidze

Gürcüstanın Azərbaycandakı sabiq səfiri

Məktublar