“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti İdarə Heyətinin sədri Andrey Kostindən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

 

Hörmətli İlham Heydər oğlu!

“VTB Bank”ın İdarə Heyətinin və kollektivinin adından Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyi münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Keçmiş SSRİ-nin və Azərbaycan Respublikasının görkəmli dövlət xadimi Heydər Əliyev tarixdə böyük iz qoyub. Onun qəbul etdiyi qərarlar, rəhbərliyi ilə həyata keçirilən strateji proqramlar böyük Avrasiya məkanında iqtisadi və siyasi inkişafın fundamental əsaslarını öncədən qoyub.

Heydər Əliyev şəxsiyyətinin gücü və miqyası, onun vətənpərvərliyi, siyasi müdrikliyi və uzaqgörənliyi xüsusən sınaq dövründə - sabit şəkildə tərəqqi edən, səmərəli beynəlxalq əməkdaşlığa yönəlmiş, regionda və dünyada güclü təsirə və nüfuza malik olan ölkənin - müasir Azərbaycanın dövlət quruculuğunun formalaşması proseslərinə rəhbərlik etdiyi illərdə özünü daha parlaq şəkildə göstərdi.

Azərbaycan xalqı və onun dostları üçün bu əlamətdar gündə səmimi təbriklərimi qəbul edin. Respublikaya və onun vətəndaşlarına uğurlar və tərəqqi, Sizə isə, hörmətli İlham Heydər oğlu, Heydər Əliyevin Vətən naminə gördüyü işlərin davam etdirilməsi kimi məsul fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Dərin hörmətlə,

 

Andrey Kostin

“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti

İdarə Heyətinin sədri

Məktublar