Dolma beynəlxalq festivalın birincisi oldu

post-img

Özbəkistan Xarici İşlər Nazirliyi Daşkəndin Mərkəzi Parkında “Xalqların mədəni ənənələri və mətbəxi” adlı beynəlxalq festival keçirib. 

Tədbirdə Türkiyə, Azərbaycan, Böyük Britaniya, ABŞ, Qazaxıstan, Rusiya, İtaliya, İran, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Hindistan, Pakistan, Tacikistan, Ukrayna və digər ölkələrin Özbəkistandakı səfirlikləri və mədəniyyət mərkəzləri iştirak ediblər.

Özbəkistandakı Heydər Əliyev adı­na Azərbaycan Mədəniyyət Mərkəzi (AMM)

beynəlxalq festivalda bu ilki iştirakını Ümummilli lider Heydər Əliyevin 100 il­lik yubileyinə həsr edib və bu məqsədlə Azərbaycan pavilyonunun önündə ulu öndərə dair foto və nəşrlərdən ibarət sərgi də keçirib.

Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitab­lar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib. Festi­valda Azərbaycan mədəniyyətinə dair suvenirlər, Qarabağın milli kişi və qa­dın geyimləri iştirakçıların diqqətini cəlb edib.

Festival çərçivəsində təşkil edilən konsertdə AMM-nin rəqs ansamblının üzvlərinin ifasında milli rəqslərimiz ma­raqla qarşılanıb.

Müxtəlif ölkələrin təmsilçılərindən ibarət münsiflər heyəti Azərbaycan milli yeməyi olan dolmanı “Ən dadlı yemək” nominasiyasında birinci yerə layiq gö­rüb və festivalın mükafatı ilə təltif edib.

 

Qulu KƏNGƏRLİ,

Daşkənd

Mədəniyyət