Bakıda Türk Mədəniyyəti Gecəsi keçirilib

post-img

Türk dünyası ölkələri şagirdlərinin iştirakı ilə Türk Mədəniyyəti Gecəsi keçirilib. 

S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada təşkil olunmuş tədbirdə Ortaq Türk Dünyası Olimpiadası iştirakçıları türk xalqlarının zəngin mədəniyyət nümunələrini təqdim ediblər.  

Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan məktəblilərinin ifasında ədəbi-bədii kompozisiyalar, rəqs nümunələri böyük maraqla qarşılanıb. Qardaş xalqların məktəbliləri təqdim etdikləri mədəniyyət nümunələri ilə sarsılmaz türk birliyi və həmrəyliyinə önəmli mesajlar veriblər. 

Qeyd edək ki, türk ölkələrinin məktəbliləri Ortaq Türk Dünyası Olimpiadasında iştirak etmək üçün Azərbaycana gəliblər. Olimpiadanın final mərhələsi 29 may 2023-cü ildə Bakıda keçirilib. Qaliblərin mükafatlandırıması mərasimi mayın 30-da baş tutacaq. 

Türk ölkələrini təmsil edən şagirdlər iyunun 1-də Şuşada keçirilməsi nəzərdə tutulan “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalında iştirak edəcəklər.

Anar ƏLİ,
“Xalq qəzeti”

Mədəniyyət