Parisdə “Türk mətbəxi həftəsi”

post-img

Türk mətbəxinin ləzzətli və çeşidli təamlarını daha geniş auditoriyaya tanıtmaq məqsədi ilə Fransada “Türk mətbəxi həftəsi” keçirilir.

Beynəlxalq sə­viyyədə tanınan “Ferrandi Kulinari­ya Sənəti Məktə­bi”nin təşkilatçılığı ilə Parisdə davam edən tədbirdə türk diplomatları, aş­pazlar və tələbələr iştirak ediblər.

Tədbir çərçivə­sində yerli və xarici qonaqlara türk aşpazlar tərə­findən milli yeməklər təqdim olunub. 

Aşpazlar həmçinin Türkiyə­nin Hatay bölgəsinə məxsus delikateslərin hazırlanması və bişirilmə prosesi ilə bağlı töv­siyələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Qeyd edək ki, tədbir mayın 27-dək davam edəcək. 

 

Fidan SALMANOVA, “Xalq qəzeti”

Mədəniyyət