Bakı Fotoqrafiya Evində ustad dərsləri keçirildi

post-img

Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı ilə Bakı Fotoqrafiya evində yerli həvəskarlar üçün məhşur fotoqraf Sami Türkay tərəfindən ustad dərsi keçirildi.

Tədbirdə otuzdan çox foto həvəskar və peşakar fotoqraflar iştirak etdilər. Sami Türkayın təqdim etdiyi foto proyektlərdən böyük zövq alan fotoqraflar onunla fotoqrafiya sənəti haqqında da ətraflı müzakirələr apardılar. 

Türkiyəli fotoqrafın ustad dərslərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtaliya-Azərbaycan Dizayn Mərkəzinin nəzdində fəaliyyət göstərən foto kurslarının tələbələri də iştirak etdilər.

Məşhur fotoqraf Sami Türkay tərəfindən təqdim edilən foto proyektlər böyük maraqla qarşılandı.

Qeyd edək ki, Sami Türkay Türkiyə Foto Sənəti Federasiyası İncəsənət Qaleriyasının rəhbəri, Kopotokya Fotoqrafiya  və Kino həvəskarları dərnəyinin sədridir.

Fidan SALMANOVA,

“Xalq qəzeti”







Mədəniyyət