“Azərbaycan–Türkiyə” sevgisi

post-img

Otuza qədər dərslik, dərs vəsaiti, elmi monoqrafiya, elmi-metodik vəsaitin və 250-dən artıq elmi-metodiki məqalənin müəllifi olan professor Maarifə Hacıyeva oxucularla növbəti görüşünə “Azərbaycan–Türkiyə” kitabı ilə gəlib. Kitabda Maarifə xanımın müxtəlif illərdə yazdığı, Azərbaycanda və xaricdə nəşr edilən qəzet və jurnallarda dərc olunmuş məqalələri yer alır.

Topludakı 20-dən çox müxtəlif səp­kili məqalə elmi-publisistik üslubu, ha­disələrə tədqiqatçı yanaşması ilə diqqə­ti cəlb edir. Bir çox məqalələrin xatirə üslubunda təqdimatına üstünlük verilib. Müəllif tarixin müxtəlif mərhələlərində yaşananlara münasibətini oxucu ilə sə­mimi bir tərzdə bölüşür, eyni zamanda həm özünə, həm də yazdıqlarına dərin bir hörmət hissi aşılayır. Azərbaycan–Türkiyə əlaqələrininin inkişafında önə­mi olan hadisələrin və çoxsaylı şəxsiy­yətlərin fəaliyyəti və mübarizəsi bütün uğurları, bəzən də umacaqlı bir şəkildə qələmə alınıb. 

Kitab filologiya elmləri doktoru, pro­fessor Füzuli Bayatın “Oxucu–müəllif–əsər” (Ön söz əvəzi) təqdimatı ilə açı­lır. Professor haqlı olaraq qeyd edir ki, “Mahirə xanımın (müəllifin) yazdıqları ilə bütünləşməsi, yazdıqlarını qəlbən yaşaması, tədqiq etdiyi, həyatının mə­nasına çevirdiklərini məqalələrinə eyni dərəcədə yansıda bilməsi önəmlidir. Belə olmasaydı, ortaya canlı, səmi­mi duyğularla dolu, oxucunu inandıra bilən yazılar çıxmazdı. Maarifə xanım yazdığı mövzunu sanki yaşayırmış kimi hal və duyğularına yansıtdığından kitabdakı məqalələr canlıdır, səmimi­dir”.

Əminik ki, “Azərbaycan–Türkiyə” kitabı oxucuların diqqətindən yayınma­dığı kimi, xalqlarımızın, eləcə də böyük Türk dünyasının birliyi yolunda yeni ad­dım kimi də dəyərləndiriləcək.

 

Hazırladı: N.QƏDİMOĞLU, “Xalq qəzeti”

Mədəniyyət