Milli Məclisin nümayəndə heyətinin Serbiyaya səfəri başlayıb

post-img

Mayın 24-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Serbiya Respublikasına rəsmi səfər edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildi­riblər ki, səfər çərçivəsində Milli Məclis sədrinin Serbiya Prezidenti, bu ölkənin Milli Assambleyasının spikeri və Baş naziri ilə görüşləri nəzərdə tutulur.

Nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edəcək, 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılacaq.

Parlament nümayəndə heyətinə Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, deputat Əliabbas Salahzadə və digər şəxslər daxildir.

Son xəbərlər