“Xalq TV”də “Atəş gücü” rubrikası start götürüb

post-img

Rubrikanın aparıcısı jurnalist Rizvan Fikrətoğlu bildirdi ki, bu rubrikada Azərbaycan Silahlı Qüvvələrinin gücü və arsenalında olan silah, texnika, eləcə də ordu quruculuğu, ölkəmizin xarici dövlətlərlə hərbi sahədə əməkdaşlığı və s. bu kimi digər istiqamətlər haqqında söhbət açılacaq.

Jurnalist qeyd etdi ki, efirə hərbi ekspertlər, bu sahədə fəaliyyət göstərən şəxslər dəvət olunaraq müzakirələr aparılacaq: “Artıq ilk çəkilişimiz baş tutub və bu gün “Xalq TV” nin “Youtube” kanalında yayımlanacaq”. 

“Xalq qəzeti”


Son xəbərlər