Tahir Əmiraslanov: "Su ilahi nemətdir"

post-img

AMEA-nın Mərkəzi Ekmi Kitabxanasında (MEK) Azərbaycan Respublikası "Sanitariya Epidemioloji Xidmətlər" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən "Ölkə əhalisinin keyfiyyətli su təminatı-dünən, bugün və sabah" mövzusunda təşkil edilən konfransda iştirak edən Milli Kulinariya Assosiasiyasının və Dünya İslam Kulinariya Birliyinin prezidenti, tarix elmləri üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov "Xalq qəzeti"nə açıqlamasında deyib: "Mənim mövzum "Azərbaycan xalqının mətbəxində sudan istifadə mədəniyyəti və informatik qida nəzəriyyəsidir". Deyə bilərəm ki, Azərbaycan xalqının sudan istifadə mədəniyyəti çox qədimdir. Bəs, xalqımız  bunu necə edir. Azərbaycan xalqı ta qədimlərdən suyu daşdan keçirərək, süzməklə onu saflaşdırıb istifadə edib. Bu gün də bölhəgələrdə bu su daşlarında hələ də istifadə edilir. Ümumiyyətlə, su ilahi nemətdir. Suyun yaddaşı özünə məxsus genetik kodu var. Hər bir su damcısı fərqli və bənzərsiz quruluşa malikdur.  Suyun məlumat toplamaq kimi özəl xüsusiyyəti də var. Bu elm adamları tərəfindən də sübuta yetirilib".

Xatırladaq ki, AMEA-nın Mərkəzi Ekmi Kitabxanasının (MEK)  "Qarabağ" zalında Azərbaycan Respublikası "Sanitariya Epidemioloji Xidmətlər" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən "Ölkə əhalisinin keyfiyyətli su təminatı-dünən, bugün və sabah" mövzusunda konfrans keçirilib.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

Son xəbərlər