Milli Kitabxanada “Elçin Əfəndiyev-80” adlı ənənəni kitab sərgisi istifadəçilərə təqdim edilib

post-img

Azərbaycan cəmiyyətinin görkəmli xalq yazıçısı, ictimai xadim və ədəbiyyat tənqidçisi kimi qəbul etdiyi Elçin Əfəndiyevin çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə ölkəmizin elmi-ədəbi və ictimai mühitində özünəməxsusu yeri və mövqeyi vardır. Elçin ən yeni dövr Azərbaycan bədii nəsrinin, keçid dövrü və müstəqillik mərhələsi dramaturgiyasının və son yarım əsrdən çox ədəbi tənqidin əsas yaradıcılarından biridir.

May ayının 13-də müasir Azərbaycan ədəbiyyatının böyük nümayələrindən biri Elçin Əfəndiyevin 80 yaşı tamam olur.

Sərgisində Xalq yazıçısı Elçinin Azərbaycan və xarici dillərdə olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu və ön söz yazdığı kitablar, yaradıcılığna dair müdafiə olunan dissertasiyaların avtoreferatları, tərcümələri vəhaqqında yazılan kitablar nümayiş olunur.

"Xalq qəzeti"

Mədəniyyət