Ötən sutka ərzində 16 halda yanğına çıxış olub

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 halda yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və bir nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfər xilas edilib, yanğın zamanı bir nəfər xəsarət alıb. Həmçinin, Kürdəmir rayonunun Sığırlı kəndində baş vermiş avtoqəza zamanı deformasiyaya uğrayan nəqliyyat vasitəsindən bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər