Ərdoğan seçiciləri düzgün qərar verməyə çağırıb

post-img

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciət edərək qarşıdakı seçkilərdə düzgün qərar verməyə çağırıb. Onun sözlərinə görə, türk xalqı mayın 14-də özünün gələcəyini qorumağı bacarmalıdır. Məlumatı “Anadolu” verib. 

Dövlət başçısı bildirib ki, terrorçu­larla əlbir olan müxalifət Türkiyənin gələcəyini məhv edə bilər. Ərdoğan “Altılı masa” müxalifət blokunu nəzər­də tutaraq deyib: “Yeddi-səkkiz nəfəri idarə edə bilməyənlərdən 85 milyonluq vətəndaşı olan Türkiyəni idarə edəcək­lərini gözləmək olmaz. Terrorçularla əl-ələ verənlərin ölkəmə verəcəyi heç nə yoxdur. Ölkəmizin nə müzakirələrə sərf etməyə vaxtı var, nə də kimisə gözləməyə səbri. Biz Türkiyəni və zəlzələ bölgəsindəki şəhərləri daim dava-dalaşda olan, bir-birinə quyu qa­zan, görmə qabiliyyəti olmayan “qumar masası”nın rəhminə buraxa bilmərik. İnanıram ki, siz düzgün qərar verəcək­siniz”. 

Dünən Prezident Ərdoğan həm də Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb.

Hazırladı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər