“Qaradağ” Günəş Elektrik Stansiyası tezliklə işə salınacaq

post-img

Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə BƏƏ-nin Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) Aşağı Karbon Həlləri və Beynəlxalq İnkişaf üzrə İcraçı direktoru və “Masdar” şirkətinin İdarə Heyətinin üzvü Musabbeh Al Kaabinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Energetika Nazirliyinin məlumatı­na əsasən, görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlərin “Mas­dar” ilə irimiqyaslı bərpaolunan enerji layihələri üzrə uzunmüddətli əmək­daşlığın sütunu olduğu vurğulanıb. 230 meqavatlıq “Qaradağ” GES-in bu ilin payızında istifadəyə veriləcəyi, bu­nunla da “Masdar”ın layihələrin vax­tında reallaşdırılmasına sadiq olduğu qeyd edilib. 

Ümumi gücü 4 QVt olan digər la­yihələrin icrası ilə bağlı da əhəmiyyətli irəliləyişlər olduğu, bərpaolunan enerji güclərinin ölkənin enerji sisteminə in­teqrasiyası üçün elektrik şəbəkəsinin öyrənilməsinə “Masdar”ın dəstəyi və bu xüsusda görülən işlər diqqətə çat­dırılıb.

İqtisadiyyat