Aqrar sığorta ödənişləri 20 faizdən çox artıb

post-img

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ötən il Azərbaycanın kənd təsərrüfatı sektorunda sığorta ödənişlərində artım sürəti 21 faiz olmaqla 11,3 milyondan 13,7 milyon manata çatıb. Eyni zamanda, sığortalanmış obyektlərin dəyəri 502,8 milyon manat təşkil edib. 

Məlumatda, həmçinin 2022-ci ildə sığortalanmış mal-qaranın sayı 13 min 102 baş, tarla sahələri 261 min 223 hektar olub. Bundan başqa, ötən il sığorta hadisələri üzrə ödənişlər 2,4 milyon manata çatıb. 

Xatırladaq ki, 2022-ci ildə Azər­baycanın aparıcı sığorta şirkətlərinin toplam yığımları 881,805 milyon ma­nat və ya sığorta yığımlarının ümumi həcminin 90,83 faizini təşkil edib. Bu dövrdə ölkənin bütün sığorta şirkət­lərinin toplam yığımları isə 970,823 milyon manat olub.

 

“Xalq qəzeti”

İqtisadiyyat