İstehlakçılara 8,2 milyard manatlıq məhsul satılıb

post-img

2023-cü ilin yanvar–fevral aylarında ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,2 milyard manatlıq, o cümlədən 4,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları və 3,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsinin mə­lumatına görə, əvvəlki ilin ilk iki ayı ilə müqayisədə pərakəndə ticarət döv­riyyəsi real ifadədə 2,8 faiz, o cümlə­dən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə isə 3,5 faiz artıb.

Xatırladaq ki, cari ilin yanvar-fev­ral aylarında alıcıların pərakəndə ti­carət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,8 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 14,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5 faizi avtomobil benzini və dizel ya­nacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,6 faizi əczaçılıq məh­sulları və tibbi ləvazimatların, 1 faizi kompüterlər, telekommunikasiya ava­danlıqları və çap məhsullarının, 15,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

 

“Xalq qəzeti”

İqtisadiyyat