“Yaşıl hidrogen” istehsalı layihəsi hazırlanır

post-img

Türkiyənin “Anadolu” agentliyinin məlumatına görə, “SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” şirkəti Sabancı Universiteti ilə əməkdaşlıq çərçivəsində bərpa olunan enerji istehsalı üçün vacib olan hidrogen (H2) əsaslı texnologiyalara diqqət yetirir. Tərəflər bu məqsədlə sudan “yaşıl hidrogen” istehsalı üçün tərkibində yeni nəsil katalizatorlar olan unikal elektrodlar hazırlamağı qarşıya mühüm vəzifə kimi qoyub.

Ötən ilin noyabr ayında Sabancı Universiteti ilə əməkdaşlığa başlayan “SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” “Bipolar Membranlı Elektroli­zörler ile H2 Üretimi İçin Özgün Anot Geliştirilmesi” (Bipolyar membran elektrolizlərindən istifadə etməklə hidrogen istehsalı üçün unikal anod­ların hazırlanması) adlı elmi-tədqiqat layihəsinə start verib. Bundan əlavə, layihə çərçivəsində elektrolizlərin maya dəyərinin aşağı salınması, səmərəliliyinin və istismar müddətinin artırılması nəzərdə tutulub.

Avropa İttifaqının 2050-ci ilə qə­dər xalis istixana qazı emissiyalarını sıfıra endirmək və onun karbon iz­lərini minimuma endirmək məqsəd­lərinə uyğun olaraq təmiz enerji is­tehsalı texnologiyalarına ehtiyac var. Bu məqsədlə ən perspektivli yana­caq hidrogen hesab edilir. “SOCAR Türkiyə” və Sabancı Universiteti ilə əməkdaşlıq çərçivəsində başlanan tədqiqatlar bu sahəyə töhfə vermək məqsədi daşıyır.

 

 “Xalq qəzeti”

İqtisadiyyat