Sığorta bazarında canlanma

post-img

Fevral ayında Azərbaycan sığorta bazarı üzrə yığımların həcmi 24 faiz ar­taraq 221 milyon 67 min manata çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Ban­kından bildirilib. Qeyd edilib ki, bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə ötən ilin eyni döv­rünə nisbətən 81 faiz artaraq 70 milyon 514 min manata bərabər olub.

Ödənişlərin yığımlara nisbətən kəs­kin artması sığorta bazarının zərərliliyini artırıb. Belə ki, ötən il toplanmış hər 100 manat sığorta haqqının 21,8 manatı ödə­nişə yönəldilibsə, cari ilin fevral ayında bu rəqəm 32 manat təşkil edib.

 

“Xalq qəzeti”

İqtisadiyyat