Fevralda BTC kəməri ilə 4,6 milyon tondan çox neft daşınıb

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ay Azərbaycandakı magistral neft kəmərləri ilə 6 milyon 48,1 min ton neft nəql olunub.

Nəqletmənin 76,5 faizi Bakı–Tbi­lisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə həyata keçirilib. Bü­tövlükdə isə, cari ilin yanvar-fevral ayları ərzində bu kəmərlə 4 milyon 628,7 min ton neft nəql edilib.

Hesabat dövründə BTC ilə 626,7 min ton tranzit nefti də ötürülüb.

 

“Xalq qəzeti”

İqtisadiyyat