Fevralın 10-da Azərbaycanda COVID-19 əleyhinə 275 doza vaksin vurulub

post-img

Fevralın 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 275 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 64, ikinci doza vaksinlərin sayı 143 üç və daha çox doza vaksinlərin sayı 54, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 14-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 945 min 2, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 7, ikinci mərhələ üzrə 4 milyon 877 min 798, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 810, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 387-dir.

İnfoqrafika