İngiltərədə “WhatsApp” qadağan oluna bilər

post-img

 “Meta” şirkətinin rəhbəri Uil Ketkard, İngiltərənin tezliklə təsdiqlənməsi gözlənilən “Onlayn Təhlükəsizlik Qanunu” səbəbindən “Whatsapp”-ı qadağan edə biləcəyini açıqladı.

Hazırda “WhatsApp” xüsusi şifrələmə vasitəsilə qorunur. Bu şifrələmə yalnız göndərən və qəbul edənin onları oxuya bilməsini təmin etməklə mesajların göndərilməsini təhlükəsiz edir. Lakin qəbul ediləcək yeni qanun tətbiqdəki şifrələməni zəiflətməyə məcbur edə bilər. Hökumət şirkətdən bunu tələb edərsə, “WhatsApp” bundan imtina edəcək və proqramın ölkə daxilində tamamilə qadağan olunacağı ehtimalı var.

Qeyd edək ki, texnologiya şirkətləri və təhlükəsizlik mütəxəssisləri bildirirlər ki, mesajları sındırma və digər təhlükələrdən qorumaq vacibdir. Lakin bəzi ölkələr, o cümlədən Böyük Britaniya, mesajların təhlükəsizlik şifrələrinin zəiflədilməli olduğunu iddia edir.

Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

İKT